"IV və VI siniflər üzrə keçirilən monitorinqlərin nəticələri bəzi məktəblərdə şagirdlərin təlim göstəricilərinin ciddi narahatlıq doğurduğunu göstərib".
Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, monitorinqlərin nəticələrinə əsasən, bəzi IV və VI siniflərdə şagirdlərin 50-70 faizi minimal təlim nəticələrinə belə nail ola bilmir.
Onun sözlərinə görə, bu göstəricilər ayrı-ayrı siniflərdə müşahidə olunur və belə siniflərin sayı kifayət qədərdir. Emin Əmrullayev qeyd edib ki, yaranmış vəziyyətin səbəbləri araşdırılır və nəticələrin yaxşılaşdırılması istiqamətində tədbirlər görüləcək.
Zeynəb Rzayeva
Bakı 



