Sabahdan Azərbaycanda bəzi közərmə lampalarının satışı qadağan edilir.
Bakıvaxtı.az xəbər verir ki, sözügedən qadağa iyulun 1-dən qüvvəyə minir.
"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Qanunun müvafiq tələbinə görə, sabahdan 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampalarının istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən elektrik közərmə lampalarının idxalı, istehsalı və satışı qadağandır.
Xatırladaq ki, yanvarın 1-dən isə 60 Vt və yuxarı gücə malik olan közərmə lampaları qadağan olunub.
Sabahdan bəzi lampaların satışı qadağan edilir
CƏMİYYƏT
30 Iyun 2026 | 10:59

SON XƏBƏRLƏR
10:59
29 Iyun 2026
Bakı 


