“Bizə müraciət edəndə, yaş faktorunu nəzərə alaraq bunun riskli hamiləlik ola biləcəyini əvvəlcədən bildirmişdik”.
Bakıvaxtı.az Bakupost.az-a istinadən xəbər verir ki, bu sözləri 63 yaşında ana olması ilə geniş müzakirələrə səbəb olan qadının həkimi, tibb üzrə fəlsəfə doktoru Natiq Məhərrəmov jurnalistlərə açıqlamasında deyib.
“İki il ərzində xanım bütün müayinələrdən keçib. Nevroloji, psixoloji və psixiatrik vəziyyəti də daxil olmaqla hər şey detallı şəkildə yoxlanılıb. Ailə övlad istəyirdi və biz də onlara bütün riskləri izah etdik. Onlar isə hər bir riskə hazır olduqlarını bildirdilər. Daha sonra ananın kardioloq və terapevt müayinələri aparıldı. Zahılıq dövrünün 4-cü günündə evə buraxıldı. Uşağın vəziyyəti yaxşıdır. Onlar 38 ildir bu övladı gözləyirdilər. Yəqin ki, evdə daha ciddi nəzarət olunacaq. Biz də diqqətdə saxlayacağıq”, – deyə o bildirib.
Bakı 



