• Bakı 16° C

    7.85 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Sabah bu ərazidə İŞIQ OLMAYACAQ

CƏMİYYƏT

30 May 2026 | 23:06

Sabah bu ərazidə İŞIQ OLMAYACAQ

Sabah Masazırın bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

Qeyd olunur ki, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq "Masazır" yarımstansiyasında təmir-təftiş işləri həyata keçiriləcək.

Bununla əlaqədar olaraq saat 09:00-dan 17:00-dək Masazır qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


SON XƏBƏRLƏR

30 May 2026