• Bakı 22° C

    0.96 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Səhiyyə Nazirliyində Beynəlxalq İtkin Düşmüş Şəxslər Komissiyasının nümayəndə heyəti ilə görüş keçirilib

CƏMİYYƏT

29 Iyun 2026 | 18:39

Səhiyyə Nazirliyində Beynəlxalq İtkin Düşmüş Şəxslər Komissiyasının nümayəndə heyəti ilə görüş keçirilib

Səhiyyə Nazirliyində ölkəmizdə səfərdə olan İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) Baş direktoru Kathryne Bombergerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə səhiyyə sahəsində, xüsusilə məhkəmə-tibb ekspertizası, DNT analizləri, laborator imkanların gücləndirilməsi, mütəxəssis hazırlığı və bilik mübadiləsi sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Bildirilib ki, itkin düşmüş şəxslərin axtarışı, şəxsiyyətinin müəyyənləşdirilməsi və bu istiqamətdə müasir elmi yanaşmaların tətbiqi humanitar baxımdan xüsusi əhəmiyyət kəsb edir. Tərəflər beynəlxalq təcrübənin öyrənilməsi və innovativ metodların tətbiqinin bu sahədə görülən işlərin səmərəliliyinin artırılmasına xidmət etdiyini qeyd ediblər.

Səhiyyə naziri Teymur Musayev işğaldan azad edilmiş ərazilərdə aparılan axtarış işləri və aşkarlanan insan qalıqlarının identifikasiyası prosesində aidiyyəti dövlət qurumlarının bu istiqamətdə əlaqəli və koordinasiyalı fəaliyyət göstərdiyini bildirib, ICMP ilə əməkdaşlığın bu istiqamətdə mühüm töhfə verdiyini vurğulayıb.

ICMP-nin Baş direktoru Kathryne Bomberger Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirərək, rəhbərlik etdiyi təşkilatın gələcəkdə də Azərbaycana texniki və ekspert dəstəyi göstərməyə hazır olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, həmçinin gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR