"Ərəb əlifbasından latın qrafikalı əlifbaya keçid türk xalqlarının inteqrasiyasını gücləndirdi".
Bakıvaxtı.az xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin iştirakçılarına müraciətində bildirib.
Japarov qeyd edib ki, bir əsr əvvəl qəbul edilən qərarlar türk xalqlarının elmi, mədəni və mənəvi yaxınlaşmasına mühüm təkan verib. Onun sözlərinə görə, ərəb əlifbasından latın qrafikalı əlifbaya keçid istiqamətində görülən işlər, ortaq əlifba, təqvim və yazı prinsiplərinin formalaşdırılması müxtəlif bölgələrdə yaşayan türk xalqları arasında qarşılıqlı anlaşmanın və inteqrasiyanın möhkəmlənməsinə xidmət edib.
Qırğızıstan Prezidenti vurğulayıb ki, Türkoloji Qurultayın elmi irsi bu gün də türkologiyanın qızıl fondunu təşkil edir və gələcək nəsillər üçün mühüm əhəmiyyət daşıyır.
Əli Hüseynov
Bakı 



