• Bakı 24° C

    4.69 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Ermənistanda avtomobildə dörd nəfərin meyiti tapıldı

CƏMİYYƏT

29 Iyun 2026 | 10:58

Ermənistanda avtomobildə dörd nəfərin meyiti tapıldı

Ermənistanda İrəvan–Yerasx avtomobil yolunda yanmış avtomobildə dörd nəfərin meyiti aşkar edilib.

Bakıvaxtı.az xəbər verir ki, “ArmInfo”nun Ermənistanın Daxili İşlər Nazirliyinə istinadən yaydığı məlumata görə, hadisə iyunun 29-da səhər saat 04:50 radələrində Surenavan kəndi yaxınlığında qeydə alınıb.

    Fövqəladə Hallar Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq alovu söndürüblər.

    Yanğın söndürüldükdən sonra “Nissan Rogue” markalı avtomobilin salonunda əvvəlcə üç nəfərin yarıyanmış meyiti aşkar edilib. Bir neçə saat sonra isə hadisə yerində daha bir meyit tapılıb.

    Hadisə ilə bağlı cinayət işi başlanıb. Hüquq-mühafizə orqanları ölənlərin şəxsiyyətini müəyyənləşdirir və yanğının başvermə səbəblərini araşdırır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    28 Iyun 2026