• Bakı 23° C

    4.96 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

"Bu gün biz sadəcə bir yubileyi qeyd etmirik" - Adil Kərimli

CƏMİYYƏT

29 Iyun 2026 | 11:24

Bu gün biz sadəcə bir yubileyi qeyd etmirik - Adil Kərimli

"Bu gün biz sadəcə bir yubileyi qeyd etmirik. Biz yüz il əvvəl əsası qoyulmuş böyük bir ideyanın – ortaq dil, ortaq mədəniyyət və ortaq gələcək ideyasının yüzillik tarixini qeyd edirik".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri mədəniyyət naziri Adil Kərimli Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin açılış mərasimində çıxışı zamanı deyib.

Nazir bildirib ki, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk xalqlarının elmi və mədəni inteqrasiyasının əsasını qoyan tarixi hadisələrdən biridir. Onun sözlərinə görə, həmin dövrdə irəli sürülən ideyalar bu gün də öz aktuallığını qoruyur və türk dünyasının əməkdaşlığına mühüm töhfə verir.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Iyun 2026