• Bakı 28° C

    8.2 m/s

  • USD - 1.7

    EUR - 1.9327

    RUB - 2.1806

“SİMA İmza”nın üztanıma həlli kirayə mənzil seçimində tətbiq olunacaq

CƏMİYYƏT

29 Iyul 2026 | 11:06

“SİMA İmza”nın üztanıma həlli kirayə mənzil seçimində tətbiq olunacaq

SİMA rəqəmsal imzanın biometriya texnologiyası İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) kirayə mexanizmi çərçivəsində keçirdiyi növbəti mənzil satışlarında tətbiq ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, yeniliyə əsasən, vətəndaşlar kirayə mənzil seçimi zamanı müraciətlərini parol və ya digər təsdiqləmə üsulları ilə deyil, yalnız “SİMA İmza”nın üztanıma funskionallığı ilə təsdiqləyə biləcəklər.

Bu yanaşma seçimlər zamanı təhlükəsizliyin və şəffaflığın təmin edilməsi üçün həyata keçirilib və kənar şəxslərin başqasının adından prosesə müdaxilə etməsi riskinin qarşısını almaq məqsədi daşıyır. Belə ki, burada biometrik identifikasiya sayəsində hər bir təsdiq əməliyyatı birbaşa müraciət sahibinin iştirakı ilə həyata keçirilir.

“SİMA İmza”nın biometrik identifikasiya üsulunun tətbiqi ilə bağlı təlimatla bu keçid vasitəsilə tanış ola bilərsiniz:
https://mcgf.gov.az/storage/01KYMBNVCQG52EGZ18Z4NW1RQS.pdf


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Iyul 2026