• Bakı 22° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Qəbələdə güclü leysandan sonra sel gəlib 

HADİSƏ

28 Iyun 2026 | 20:24

Qəbələdə güclü leysandan sonra sel gəlib 

Qəbələdə güclü leysan yağışlarından sonra evlərin həyətinə su dolub.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, günorta saatlarından başlayaraq leysan xarakterli yağışlar nəticəsində Qəbələnin Vəndam qəsəbəsində Qara çaydan sel keçib.

Nəticədə kəndin mərkəzində çay kənarında yerləşən Məscidin həyətinə, yeni tikilən yolun bir hissəsinə eləcə də çay kənarında yerləşən bağ və digər ərazilərə selin gətirdiyi lil yığılıb.

Sel yeni tikilən yolun bir hissəsini də tamamilə yararsız vəziyyətə salıb. Leysan yağışları ilə əlaqədar avtomobillərin hərəkətində çətinliklər yaranıb. Selin yaratdığı problemlərin aradan qaldırılması istiqamətində işlər aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Iyun 2026