Alimlər ölməkdə olan hüceyrələrin ətraf mühitə "ölüm izləri" (death trails) adlandırılan mikroskopik hissəciklər buraxdığını müəyyən ediblər.
Bakıvaxtı.az xəbər verir ki, araşdırmaya görə, bəzi viruslar bu hissəciklərdən istifadə edərək orqanizmdə daha sürətlə yayıla və yeni hüceyrələrə yoluxa bilir.
Tədqiqatçılar hesab edirlər ki, bu mexanizmin daha dərindən öyrənilməsi virus infeksiyalarının yayılmasının qarşısını alan yeni dərmanların hazırlanmasına imkan yarada bilər.
Kəşf həm COVID-19, həm də qrip və digər virus xəstəlikləri üzrə gələcək tədqiqatlar üçün mühüm əhəmiyyət daşıyır.
Bakı 



