• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verib

GÜNDƏM

28 Iyun 2026 | 18:58 | Müəllif: Gülşən Şərif

Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verib

 Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Səudiyyə Ərəbistanının Ras Tanura bölgəsində 14 nəfərin həyatını itirməsi ilə nəticələnən helikopter qəzası ilə əlaqədar başsağlığı verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan XİN "X" sosial şəbəkəsində paylaşım edib.

"Ras Tanurada 14 nəfərin həyatına son qoyan faciəvi helikopter qəzası bizi dərindən kədərləndirib. Həlak olanların ailələrinə, eləcə də Səudiyyə Ərəbistanı Krallığının hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk", - paylaşımda bildirilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Ras Tanura şəhərində "Saudi Aramco" şirkətinə məxsus helikopterin qəzaya uğraması nəticəsində azı 14 nəfər həlak olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026