• Bakı 27° C

    9.84 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndləri ilə bağlı paylaşım olunub

GÜNDƏM

11 Iyul 2026 | 21:02

Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndləri ilə bağlı paylaşım olunub

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında dövlət başçısının Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşü ilə bağlı paylaşım olunub.

Bakıvaxtı.az xəbər verir ki, paylaşımda qeyd olunur:

"Sizə cansağlığı arzulayıram ki, xoşbəxt yaşayasınız. Dərd-bəla olmasın bundan sonra, uşaqları yaxşı böyüdəsiniz, vətənpərvərlik ruhunda. Azərbaycan xalqına, dövlətinə ürəklərində sevgi ilə böyüsünlər. Lazım olanda, - inanıram ki, daha lazım olmayacaq, - amma lazım olanda hamı bilməlidir ki, "Dəmir yumruq" yerindədir və yerində olacaq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR