Dünən Bakının Xətai rayonunda motosikletlə ağır yol qəzası baş verib. Hadisə zamanı bir nəfər həyatını itirib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə metronun Həzi Aslanov stansiyasının yaxınlığında baş verib.
2005-ci il təvəllüdlü Elşən Hüseynov idarə etdiyi motosikleti aşırıb. Qəza nəticəsində motosikletdə sərnişin olan Amil adlı şəxs hadisə yerində ölüb.
E.Hüseynov isə ağır xəsarət alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Xatırladaq ki, hadisə barədə tanınmış jurnalist Elvin Basqallı da öz Feysbuk səhifəsində məlumat vermiş, hadisənin canlı şahidi olduğunu yazmışdı:
"Həzi Aslanov metrosunun qabağında motosiklet səkiyə dəydi, sürücü yerə yıxıldı. Mən yolun əks istiqamətində gedirdim, sürücünün yerə dəyəndən sonra qalxmaq istəməyini, sonra başını yerə qoyduğunu gördüm. Tez təcili yardıma yığdım, cavab vermədi. Yaxınlıqda təcili yardım stansiyası var idi. Maşını sürüb, canlı xəbər verdim. Dərhal gəldilər. Amma artıq sürücü canını tapşırmışdı".Aydın
Bakı 



