• Bakı 26° C

    2.22 m/s

  • USD - 1.7

    EUR - 1.9426

    RUB - 2.2145

ÜST-dən vəba epidemiyası ilə bağlı XƏBƏRDARLIQ 

DÜNYA

10 Iyul 2026 | 18:19

ÜST-dən vəba epidemiyası ilə bağlı XƏBƏRDARLIQ 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Sudanda müharibə, əhalinin köçürülməsi və yağışlı mövsümün başlaması fonunda vəba epidemiyasının ölkədəki humanitar böhranı daha da ağırlaşdıracağı ilə bağlı xəbərdarlıq edib.

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, xəstəlik Sudanın bir neçə ştatında, xüsusən də humanitar təşkilatların və səhiyyə işçilərinin girişinin son dərəcə məhdud olduğu Darfur və Kordofanda yayılıb.

"Vəba geri döndü. Ölüm nisbəti 13,7 faizdir ki, bu da olduqca yüksəkdir. Yağışlı mövsümün vəziyyəti daha da pisləşdirəcəyi gözlənilir", - ÜST-ün Sudandakı nümayəndəsi Şibleh Sahbani Cenevrədə videomüraciətində jurnalistlərə bildirib.

ÜST-ün məlumatına görə, Sudan dünyanın ən böyük humanitar böhranı ilə üzləşir. 33 milyondan çox insanın yardıma, 21 milyon insanın isə səhiyyə xidmətlərinə ehtiyacı var.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR