• Bakı 28° C

    1.33 m/s

  • USD - 1.7

    EUR - 1.9426

    RUB - 2.2145

Şüvəlanda dənizdə batan 19 yaşlı qız hələ də axtarılır - VİDEO

CƏMİYYƏT

10 Iyul 2026 | 11:03

Şüvəlanda dənizdə batan 19 yaşlı qız hələ də axtarılır - VİDEO

6 iyul 2026-cı il tarixində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2007-ci il təvəllüdlü Məmmədzadə Zeynəb Rasim qızının axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

    Nazirliyin Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin qüvvələri tərəfindən axtarışlar vətəndaşın batdığı ehtimal olunan istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir.


    Əlavə məlumat veriləcək.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    09 Iyul 2026