• Bakı 29° C

    7.82 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

15 yaşlı türk dünya rekordu qırdı

İDMAN

11 Iyul 2026 | 12:55

15 yaşlı türk dünya rekordu qırdı

Qazaxıstanlı gənc ağır atlet Nurjan Jumabay dünya çempionatında möhtəşəm uğura imza atıb.

Bakıvaxtı.az xəbər verir ki, Almatı vilayətini təmsil edən cəmi 15 yaşlı idmançı Kolumbiyada keçirilən yeniyetmələr arasında dünya çempionatında 88 kq çəki dərəcəsində həm dünya çempionu olub, həm də təkanla qaldırma hərəkətində yeni dünya rekordu müəyyənləşdirib.

Nurjan Jumabay yarışın yekununda toplam 348 kiloqram (155 kq qoparma + 193 kq təkanla qaldırma) nəticə göstərərək İspaniya və Meksikadan olan rəqiblərini geridə qoyub.

Bu, gənc ağır atletin karyerasında ilk dünya çempionatı olub. O, debüt yarışında qızıl medal qazanmaqla yanaşı, dünya rekordunu da yeniləyərək böyük uğura imza atıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə Nurjan Jumabayın rekord nəticəni rəsmiləşdirdiyi və çempionluğunu təmin etdiyi anlar əks olunub./Modern.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Iyul 2026