• Bakı 29° C

    7.82 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Fatimənin qatili hava limanında SAXLANILDI - VİDEO

CƏMİYYƏT

11 Iyul 2026 | 12:06

Fatimənin qatili hava limanında SAXLANILDI - VİDEO

Gürcüstanda Azərbaycan vətəndaşı Fatimə Kərimovanı qətlə yetirməkdə ittiham olunan Emin Əliyev Batumi Beynəlxalq Hava Limanında saxlanılıb.

Bakıvaxtı.az APA-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Məlumata əsasən, təqsirləndirilən şəxsin həbsi Türkiyə və Azərbaycan hüquq-mühafizə orqanları ilə sıx koordinasiya şəraitində, həmçinin Gürcüstanın Türkiyədəki polis attaşesinin birbaşa iştirakı ilə həyata keçirilib.

Qeyd edək ki, qətl hadisəsi iyunun 25-də baş verib.

Ağcabədi rayon sakini Fatimə Kərimova qohumu Emin Əliyev tərəfindən Gürcüstanda qətlə yetirilib.

Fatimə Kərimova tanışı Kənan Əliyevlə birlikdə Gürcüstana gedib. Məlumata görə, Kənan Əliyev Fatimə Kərimovanın pasportunu cıraraq onun Azərbaycana qayıtmasına mane olub. Azərbaycana qayıda bilməyən Fatimə Kərimova qohumu Emin Əliyevdən kömək istəyib. Emin Əliyev Gürcüstana gedərək Fatiməni boğaraq öldürüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Iyul 2026