• Bakı 29° C

    7.82 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

FİFA milyonlar qazanacaq - Qazon satışından!

İDMAN

11 Iyul 2026 | 13:16

FİFA milyonlar qazanacaq - Qazon satışından!

FİFA 2026-cı il dünya çempionatının finalının keçiriləcəyi stadionunun meydança örtüyünün hissələrini satışa çıxaracaq.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Nyu-Cersidə yerləşən “MetLife” stadionunun ot örtüyündən götürüləcək kiçik parçalar xüsusi formada hazırlanaraq onlayn satışa təqdim ediləcək. Məhsulların qiyməti 450 dollardan başlayaraq 3000 dollara qədər dəyişəcək.

Ot hissələri şəffaf qətranın içərisində qorunacaq. Onlar yalnız ABŞ, Böyük Britaniya və Avropa ölkələrindəki alıcılara göndəriləcək.

Hər bir eksponatın üzərində DÇ-2026-nın loqosu, finalın keçirildiyi tarix və məkan, həmçinin matçın hesabı qeyd olunacaq. Dəstə əlavə olaraq həqiqiliyini təsdiqləyən sertifikatın yerləşdirildiyi fləşkart da daxil ediləcək.

450, 900, 1200 və 3000 dollarlıq dörd müxtəlif variant hazırlanacaq. Hər model cəmi 2026 nüsxə ilə məhdudlaşdırılıb.

Qeyd edək ki, satışdan FİFA-nın ümumilikdə 11,2 milyon dollar gəlir əldə edəcəyi gözlənilir./Qol.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Iyul 2026