• Bakı 25° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.9426

    RUB - 2.2145

Biləsuvarda işıq olmayacaq

CƏMİYYƏT

10 Iyul 2026 | 23:25

Biləsuvarda işıq olmayacaq

Biləsuvarın bəzi ərazilərinin elektrik təminatında fasilə yaranacaq.

Bakıvaxtı.az-ın məlumatına görə, iyulun 11-də Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Biləsuvar" yarımstansiyasının 10 kV-luq birinci bölməsində təmir işləri aparılacaq.

Bununla əlaqədar saat 11:00-dan 13:00-dək Aranlı, Bağbanlar, Çinarlı, Günəşli, İsmətli, Nəsimi, Zəhmətabad kəndləri, eləcə də şəhər ərazisinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Iyul 2026