Ankarada narkotik qaçaqmalçılığı ilə məşğul olduğu və narkotik istifadəsini təşviq etdiyi müəyyən edilən 119 şübhəlidən 63-ü saxlanılıb.
Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluq açıqlama yayıb.
Açıqlamaya görə, Narkotik Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən aparılan araşdırmalar nəticəsində narkotik istifadəsini təşviq edən və təbliğ edən 119 şübhəli haqqında həbs qərarı verilib.
Bu çərçivədə 63 şübhəli nəzarətə alınıb və onlardan 26 nəfər müxtəlif cinayətlərə görə həbsdə olunub. Qalan 30 şübhəlinin tutulması üçün səylər davam edir.
Şübhəlilərin yaşadığı ünvanlarda aparılan axtarışlar zamanı müxtəlif miqdarda narkotik maddə, 1 dəqiq tərəzi, 2 kannabis üyüdücü, 3 narkotik ləvazimatları, 1 sənədsiz tapança, 28 tapança patronu, 1 boş tapança, 38 000 türk lirəsi və cinayət yolu ilə əldə edilən 250 avro müsadirə edilib.
Gülşən Şərif
Bakı 



