Müğənni Sevda Yahyayeva ailəsi ilə birlikdə Türkiyədə istirahətini davam etdirir.
Bakıvaxtı.az xəbər verir ki, sənətçi son günlər istirahətindən etdiyi paylaşımlarla tez-tez izləyicilərinin diqqətini cəlb edir. Bu dəfə isə sosial şəbəkələrdə yayılan yeni görüntülərdə Sevda Yəhyəva həyat yoldaşı və qızları ilə birlikdə istirahət mərkəzində olarkən kameraya tuş gəlib. Videonu müğənninin həkim həyat yoldaşı lentə alıb.
Paylaşımdan ən çox müzakirə olunan məqam isə ifaçının geyimi olub. Sevda Yahyayevanın qısa ətəyi sosial şəbəkələrdə müxtəlif reaksiyalar doğurub. İzləyicilərin bir qismi sənətçinin görünüşünü bəyənsə də, çoxsaylı istifadəçilər bu geyim tərzinin ona yaraşmadığını bildirərək tənqidi fikirlər səsləndiriblər.
Bununla belə, şərhlərdə Sevda Yahyayevanı sevənlərin sayı da az olmayıb. Onlar sənətçiyə olan rəğbətlərini ifadə etsələr də, bu dəfə seçdiyi geyimin onun imicinə uyğun olmadığını qeyd ediblər.
Müğənninin ailəsi ilə keçirdiyi xoş istirahət anlarını əks etdirən görüntülər qısa zamanda sosial şəbəkələrdə geniş yayılaraq müzakirə mövzusuna çevrilib./Milli.az
Bakı 



