• Bakı 29° C

    7.82 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Uşaq niyə ən çox anasına aqressiya göstərir?

CƏMİYYƏT

11 Iyul 2026 | 12:41

Uşaq niyə ən çox anasına aqressiya göstərir?

Uşağın anasını vurması onun sevgisiz və ya qəddar olması anlamına gəlmir.

Bakıvaxtı.az xəbər verir ki, psixoloq Aleksandra Qrajdanın sözlərinə görə,bu davranış çox vaxt uşağın idarə edə bilmədiyi emosional gərginliyin nəticəsidir.

Mütəxəssis bildirir ki, azyaşlılar hisslərini ifadə etməkdə çətinlik çəkdikləri üçün bəzən aqressiv davranış nümayiş etdirirlər. Bunun əsas səbəblərindən biri isə emosiyaları və impulsları idarə edən beyin nahiyəsinin hələ tam inkişaf etməməsidir.

Psixoloq qeyd edir ki, uşaqlar ən çox güvəndikləri insana - adətən anaya qarşı bu cür reaksiya verirlər. Onun fikrincə, belə hallarda valideyn qışqırmaq və ya uşağı tamamilə görməzdən gəlmək əvəzinə, sakit və qətiyyətli davranaraq ona emosiyalarını düzgün idarə etməyi öyrətməlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Iyul 2026