Ucarda sakin, 16 yaşlı Əlisafa Hacıyevin suda batmasının bəzi təfərrüatları məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"un Yuxarı Şirvan bürosuna yeniyetmənin əmisi Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, ailə üzvləri hadisə ilə bağlı məlumatı axşam saat 21:00 radələrində alıblar: "Əlisəfa yaşıdları ilə Qazyan arxına çimməyə gedib. O, burulğana düşərək batıb. Bütün gecəni axtardıq. Kənd sakinləri FHN-in qaynar telefon xəttinə zəng elədilər, dalğıclar göndərildi. Kənd sakinləri, xilasedicilər, dalğıclar, hüquq-mühafizə orqanlarının əməkdaşları səfərbər oldular və Əlisəfanın meyitini tapıb verdilər. Onun meyiti batdığı yerdən təqribən 150 metr aralıdan tapıldı".
Əmisi bildirib ki, Ə.Hacyev 9-cu sinifi bitirib, hərbçi olmaq istəyirmiş. O, ailənin tək oğul övladı idı. Gənc ilk dəfə imiş yaşıdları ilə Qazyan arxına çimməyə gedibmiş.
Xatırladaq ki, hadisə iyulun 10-da olub. 2010-cu il təvəllüdlü Hacıyev Əlisafa Məhəmməd oğlu Qazyan arxının Ucar rayonu, Rəstəcə kəndi ərazisindən keçən hissəsində boğulub.
***
11:55
Ucar rayonunda yeniyetmənin su kanalında batması ehtimalı ilə əlaqədar axtarışlar aparılır.
Bakıvaxtı.az xəbər verir ki, 2010-cu il təvəllüdlü Ucar şəhər sakini Ə.Hacıyev rayonun Rəstəcə kəndi ərazisindən keçən su kanalında itib. Onun suda batdığı güman olunur.
Hazırda hadisə yerində aidiyyəti qurumların əməkdaşları tərəfindən gecə saatlarından başlayan axtarış-xilasetmə tədbirləri davam etdirilir./Apa
















