• Bakı 26° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.9426

    RUB - 2.2145

Mane millidəki karyerasını başa vurdu

İDMAN

10 Iyul 2026 | 21:09

Mane millidəki karyerasını başa vurdu

Seneqal millisinin hücumçusu Sadio Mane yığmadakı karyerasını başa vurduğunu açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Le Quotidien" nəşri məlumat yayıb.

"Bu bayraq naminə hər şeyimi qurban verdim. Bütün gücümü ortaya qoydum və ölkəm üçün sonadək mübarizə apardım.

Azarkeşlərin dəstəyi uğurlarımın əsas hərəkətverici qüvvəsi olub.

Topladığım təcrübəni bundan sonra da ölkəmin xeyrinə istifadə etməyə hazıram. Bu, məşqçilər korpusunda, ehtiyat oyunçular skamyasında və ya rəhbər vəzifədə ola bilər" - deyə 34 yaşlı futbolçu bildirib.

Qeyd edək ki, Mane Seneqal millisində 130 oyun keçirib və 54 qol vurub. Seneqal millisi hazırda davam edən dünya çempionatının 1/16 finalında Belçikaya uduzaraq (2:3) mübarizəni dayandırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR