• Bakı 26° C

    2.59 m/s

  • USD - 1.7

    EUR - 1.9426

    RUB - 2.2145

Partlayışda ölən Zəhranın valideynləri də dünyasını dəyişdi - FOTO

CƏMİYYƏT

10 Iyul 2026 | 17:16

Partlayışda ölən Zəhranın valideynləri də dünyasını dəyişdi - FOTO

İyulun 4-ü Bakı şəhəri, Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən yaşayış evində baş verən partlayışda yaralanan daha 2 nəfər vəfat edib.

Bakıvaxtı.az “Unikal”a istinadən xəbər verir ki, aparılan reanimasyon tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 1984-cü il təvəllüdlü (kişi) və 1990-cı il təvəllüdlü (qadın) şəxslərin bioloji ölüm faktı qeydə alınıb.

Partlayışda xəsarət alan 2011-ci il təvəllüdlü yeniyetmənin (qadın cinsli) müalicəsi Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

Məlumat üçün qeyd edək ki, həyatını itirən şəxslər hadisə günü ölən Zəhra İsrafilovanın ata-anasıdır. Onun xəsarət alan bacısının müalicəsi isə xəstəxanada davam etdirilir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bakıvaxtı.az-a faktı təsdiqləyiblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR