• Bakı 26° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.9426

    RUB - 2.2145

Balakəndə ev uçdu, sakinlər təxliyə olundu - VİDEO

HADİSƏ

10 Iyul 2026 | 20:34

Balakəndə ev uçdu, sakinlər təxliyə olundu - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Balakən rayonu, Talalar kəndində fərdi yaşayış evində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, fərdi yaşayış evinin giriş hissəsində qapının və ətrafının konstruktiv elementlərinin uçması nəticəsində vətəndaşların köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.

Yanğınsöndürən-xilasedicilər tərəfindən evin giriş hissəsində uçqun nəticəsində yaranan maneələr aradan qaldırılaraq vətəndaşlar təxliyə edilib.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR