• Bakı 9° C

    12.07 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Ərdoğan Fidanı Ukraynaya göndərir

DÜNYA

10 Iyul 2026 | 19:25 | Müəllif: Subhan Mahmudov

Ərdoğan Fidanı Ukraynaya göndərir

Türkiyənin xarici işlər naziri Hakan Fidan, Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə münaqişənin sülh yolu ilə həlli perspektivlərini müzakirə etmək üçün tezliklə Ukraynaya səfər edəcəyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Fidan bundan əvvəl Rusiya prezidenti Vladimir Putin və Rusiya nümayəndələri ilə danışıqlar aparıb və danışıqlar zamanı vəziyyətin həlli ilə bağlı məsələləri müzakirə ediblər.

"Mən prezidentimizin mesajlarını çatdırdım. ABŞ prezidenti Donald Trampın iştirak etməsi planlaşdırılan NATO sammitindən əvvəl cənab Putinin mövqeyini anlamaq vacib idi", - deyə Türkiyə xarici işlər naziri qeyd edib.

Fidanın sözlərinə görə, Ərdoğan, həmçinin, Ukrayna məsələsini Avropa liderləri və ABŞ prezidenti ilə müzakirə edib. Bu təmaslardan sonra Türkiyə lideri yenidən diplomatlara sülh prosesi üzərində işləməyi tapşırıb.

Türkiyə xarici işlər naziri əlavə edib ki, Kiyevə səfəri zamanı Ukrayna nümayəndələri ilə də oxşar məsləhətləşmələr aparmaq niyyətindədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026