• Bakı 26° C

    2.22 m/s

  • USD - 1.7

    EUR - 1.9426

    RUB - 2.2145

Konor Makqreqor UFC-yə qayıdır

İDMAN

10 Iyul 2026 | 18:16

Konor Makqreqor UFC-yə qayıdır

Məşhur irlandiyalı döyüşçü Konor Makqreqor beş illik fasilədən sonra yenidən UFC oktaqonuna çıxmağa hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, məlumata görə, Makqreqorun amerikalı rəqibi Max Holloway olacaq. Qarşılaşma "UFC 329" turnirinin əsas döyüşü kimi təqdim edilir və iyulun 12-də Los-Ancelesdə keçiriləcək.

Son illərdə bir neçə dəfə geri dönüş siqnalı verən Makqreqorun nəhayət yenidən döyüşmək qərarı azarkeşlər arasında böyük maraq doğurub. 37 yaşlı idmançının fiziki hazırlığının yüksək səviyyədə olduğu bildirilir.

Xatırladaq ki, Makqreqor və Hollouey daha əvvəl də üz-üzə gəliblər. Onların ilk qarşılaşması 2013-cü ildə baş tutub və həmin görüşdə qələbə irlandiyalı döyüşçünün tərəfində olub.

Mediada yayılan məlumatlara görə, Makqreqor bu döyüşdən milyonlarla dollar gəlir əldə edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR