• Bakı 29° C

    7.82 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

İcra başçısı Vətən müharibəsi iştirakçısına vəzifə verdi - FOTO

CƏMİYYƏT

11 Iyul 2026 | 13:30

İcra başçısı Vətən müharibəsi iştirakçısına vəzifə verdi - FOTO

Göygöl Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.

Bakıvaxtı.az Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə icra başçısı Vüqar Novruzov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Göygöl Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Yusif Hacıyev vəzifəsindən azad edilib. 

Digər əmrlə, o, İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri təyin olunub. 
 
Qeyd edək ki, Hacıyev Yusif Faiq oğlu 1988-ci ildə anadan olub. O, Bakı Dövlət Universitetini bitirib. Y.Hacıyev Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Iyul 2026