• Bakı 26° C

    2.22 m/s

  • USD - 1.7

    EUR - 1.9426

    RUB - 2.2145

"Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı

İDMAN

10 Iyul 2026 | 19:37

Qəbələdən ayrılan futbolçu sabiq klubuna qayıtdı

Bir neçə gün əvvəl “Qəbələ”ni tərk edən Seydina Keytanın yeni klubu məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, 33 yaşlı müdafiəçi daha əvvəl də çıxış etdiyi "Panevejis”ə qayıdıb.

Litva klubunun mətbuat xidməti seneqallı futbolçu ilə 2 illik müqavilə imzalandığını açıqlayıb. Keyta 2022-2023 mövsümündə və 2025-ci ildə də bu klubun formasını geyinib.

Xatırladaq ki, Seydina Keyta iyunun 21-də “Qəbələ” ilə yeni müqavilə imzalasa da, sonradan şəxsi problemlərə görə klubdan ayrılmaq istədiyini bildirib. Nəticədə futbolçunun müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib. 2026-cı ilin yanvarından "Qəbələ"nin şərəfini qoruyan Keyta bu müddət ərzində 19 oyunda meydana çıxıb və 3 qol vurub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR