• Bakı 26° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.9426

    RUB - 2.2145

Trampın qızı olduğunu iddia edən türkiyəli qadına psixiatrik diaqnoz qoyuldu

DÜNYA

10 Iyul 2026 | 20:13

Trampın qızı olduğunu iddia edən türkiyəli qadına psixiatrik diaqnoz qoyuldu

Türkiyəli psixiatr Arif Verimli ABŞ prezidenti Donald Trampın qızı olduğunu iddia edən Ankara sakini Necle Özmenə diaqnoz qoyub. 

Bakıvaxtı.az xəbər verir ki, Özmenin sanrı (gerçəkdə mövcud olmayan şeylərin qavranılması (hallüsinasiya) və ya əksinə, sübutlara baxmayaraq insanın yalnış bir düşüncəyə qəti şəkildə inanması (delüzyon) vəziyyətidir) xəstəliyindən əziyyət çəkdiyi qeyd edilib. 

Vəziyyəti müayinə edən həkim Özmenin yaşadığı xəyal pozğunluğunu elan edib və onun vəziyyətinə görə təəssüfləndiyini bildirib. O qeyd edib ki, Necle Özmen DNT testi vasitəsilə Trampın atalığını təsdiqləyə bilsə belə, mənfi nəticə onu sakitləşdirməyəcək - əslində vəziyyəti daha da pisləşdirə bilər.

Özmen ilk dəfə 2021-ci ildə atalıq iddiası qaldıraraq Trampın qızı olduğunu iddia edib. O bildirib ki, anası ona amerikalı iş adamının xaricə səfərlərindən birində görüşdüyünü danışıb, lakin bunu illərdir gizli saxlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR