• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiyada hamilə qadın yeddinci mərtəbədən yıxılıb sağ qaldı

DÜNYA

10 Iyul 2026 | 14:27 | Müəllif: Aynur Babazadə

Rusiyada hamilə qadın yeddinci mərtəbədən yıxılıb sağ qaldı

Rusiyada 28 yaşlı hamilə qadın Vladivostokda yaşayış binasının yeddinci mərtəbəsindən yıxıldıqdan sonra sağ qalıb və yalnız əzik xəsarətləri alıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Primorsk Diyarı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qadının sözlərinə görə, o gecə yata bilməyib və pəncərəni silmək qərarına gəlib. Təmizlik zamanı qadının ayağı sürüşüb və o, arxasıüstə pəncərədən yıxılıb.

Onun qışqırığını eşidən qonşusu təcili yardım çağırıb.

Hazırda zərərçəkən həkimlərin nəzarəti altındadır. Onun həyatı üçün təhlükə yoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026