• Bakı 28° C

    1.4 m/s

  • USD - 1.7

    EUR - 1.9426

    RUB - 2.2145

"Qanuni oğru" Vaqif Süleymanovla bağlı YENİ İDDİA

CƏMİYYƏT

10 Iyul 2026 | 13:11

Qanuni oğru Vaqif Süleymanovla bağlı YENİ İDDİA

Rusiyada Federal Təhlükəsizlik Xidmətində (FTX) kriminal aləmlə mübarizə aparan əsas bölmələrdən birinin rəhbərinin dəyişməsi ölkənin kriminal çevrələrində narahatlıq yaradıb. Rusiya mediası iddia edir ki, bu dəyişiklik "toxunulmaz" hesab olunan bəzi "qanuni oğrular"ın statusuna da təsir göstərə bilər.

Bakıvaxtı.az lent.az-a istinadla xəbər verir ki, yayılan məlumata əsasən, FTX-nin şöbə rəisi Rustam Abdrafikov vəzifəsini tərk edib. Həmin şöbə əsasən kriminal aləmin liderləri, xüsusilə də "qanuni oğrular" kimi tanınan şəxslərlə bağlı əməliyyat fəaliyyəti həyata keçirir.

Bildirilir ki, Abdrafikov yeddi il bu vəzifədə çalışıb.

Hazırda şöbəyə yeni rəhbər kimi FTX Korolkov təyin olunub. O, əvvəlki vəzifəsində özəl mühafizə şirkətləri və Rusiya Milli Qvardiyasına nəzarət edib. Hazırda isə yeni istiqamətdə fəaliyyətə başlayır.

Rusiyanın telegram səhifələrində qeyd olunur ki, kriminal aləmdə əsas narahatlıq yeni rəhbərin hansı istiqamətdə addımlar atacağı ilə bağlıdır. İddialara görə, Korolkovun yeni vəzifəsində özünü səs-küylü əməliyyatlarla göstərməyə çalışacağı gözlənilir.

Rusiya mediası həmçinin iddia edir ki, Abdrafikovun dövründə formalaşdırıldığı deyilən "toxunulmaz" kriminal avtoritetlərin siyahısı da ciddi dəyişikliklərə məruz qala bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Iyul 2026