• Bakı 27° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.9426

    RUB - 2.2145

Atasının ölüm xəbərini alan kapitan VƏFAT ETDİ

CƏMİYYƏT

10 Iyul 2026 | 14:07

Atasının ölüm xəbərini alan kapitan VƏFAT ETDİ

Azərbaycanlı gəmi kapitanı Litvada vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, Ölkə.az-ın əldə etdiyi xəbərə görə, 52 yaşlı Əhmədov Elşən Nadir oğlu Türkiyə bayrağı altında üzən gəminin kapitanı olub.

O, Misirə gedərkən yolda atası Nadir Əhmədovun ölümü xəbərini alıb. Həmin vaxt gəmi Baltik dənizində üzürmüş və Litva sahillərinə yan alıb. E.Əhmədov Azərbaycana qayıtmaq məqsədi ilə göyərtəni tərk edib. Atasının yasında iştirak üçün vətənə gəlməyə hazırlaşan kapitanın vəziyyəti qəfildən pisləşib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.  Marqarita pizza

E.Əhmədovun meyiti hazırda Litvada morqdadır. Onun cənazəsinin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür. 

Qeyd edək ki, mərhum Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayırdı. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Iyul 2026