Hazırda Avstriyada yeni mövsümə hazırlaşan "Fənərbaxça" transfer bazarında böyük ajiotaj yaradacaq bir addım atmaq üzrədir.
Bakıvaxtı.az xəbər verir ki, klub heyətinə qatmaq istədiyi ingilis sağ cinah oyunçusu Meyson Qrinvudun transferi üçün "Marsel" ilə razılığa gəlib.
"Fənərbaxça" 24 yaşlı ulduz oyunçuya transfer haqqı üçün 39 500 000 avro zəmanətli əmək haqqı verəcək.
Meyson Qrinvud illik xalis 10 milyon avro maaş alacaq.
İngilis futbolçu ilə 4 illik müqavilə imzalanacaq.
"Fənərbaxça"nın icraçı direktoru Cihan Kamer və Futbol Direktoru Oğuz Çetin əməliyyatı yekunlaşdırmaq və qalan son məsələləri həll etmək üçün Fransaya səfər ediblər.
Murad Məmmədli
Bakı 



