“Ukraynada "Patriot"a bərabər olan ballistik raket əleyhinə sistem hazırlanır”.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.
O qeyd edib ki, “Freyja” adlı layihənin bir hissəsi olaraq, Ukraynada Avropa tərəfdaşlarının köməyi ilə Amerikanın "Patriot" sisteminə bənzər raket əleyhinə sistem hazırlanır:
“Deyərdim ki, bu, Avropa sistemidir, amma nəzarətimiz altında qalır. Bu layihə bizim anti-ballistik raket sistemimizdir və tutma qabiliyyəti baxımından “Patriot”a bərabər olmalıdır, lakin daha çox kütləvi istehsala yönəlib və daha ucuzdur. Ən azından istehsalçılarımız üçün qoyduğum məqsəd budur”.
Aydın
Bakı 



