• Bakı 24° C

    2.59 m/s

  • USD - 1.7

    EUR - 1.9426

    RUB - 2.2145

ABŞ təyyarələri Fars və Oman körfəzinin üzərində uçuş həyata keçirir

DÜNYA

10 Iyul 2026 | 01:40

ABŞ təyyarələri Fars və Oman körfəzinin üzərində uçuş həyata keçirir

ABŞ Hərbi Hava Qüvvələrinin təyyarələri yenidən İranın hava məkanının yaxınlığında, Fars və Oman körfəzinin neytral suları üzərində uçuş həyata keçirir.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yaxın Şərqin aviadispetçer xidmətlərindəki mənbə bildirib.

Onun sözlərinə görə, hazırda İranın nəzarətində olan hava rayonunun sərhədinin bilavasitə yaxınlığında dairəvi trayektoriya üzrə hərəkət edən ən azı iki Amerika yanacaqdolduran təyyarəsinin Fars körfəzinin neytral suları üzərində uçuşu qeydə alınıb.

Mənbə həmçinin bildirib ki, daha iki təyyarə Fars körfəzi sahillərində, ikisi isə Oman körfəzinin neytral suları üzərindədir. Söhbət "Boeing KC-135R Stratotanker" və "Boeing KC-46A Pegasus" yanacaqdolduran təyyarələrindən gedir.

Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp Tehranı əldə olunmuş razılaşmaları pozmaqda günahlandıraraq, atəşkəs rejiminin artıq qüvvədə olmadığını bildirib. Bundan sonra ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisinə yeni zərbələr seriyasının endirildiyi barədə məlumat verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Iyul 2026