• Bakı 28° C

    1.4 m/s

  • USD - 1.7

    EUR - 1.9426

    RUB - 2.2145

Təhsil TV-yə yeni direktor təyin edildi

MEDİA

10 Iyul 2026 | 11:44

Təhsil TV-yə yeni direktor təyin edildi

Təhsil TV-nin direktoru vəzifəsinə Bəhruz Nəzərov təyin edilib.

Bakıvaxtı.az "Azərbaycan müəllimi"nə istinadla  xəbər verir ki, əmək fəaliyyətinə media sahəsində başlayan Bəhruz Nəzərov müxtəlif illərdə “SPACE” Müstəqil Teleradio Şirkətində, “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyində, “ATV International” telekanalında, “Yurd TV”də müxtəlif vəzifələrdə çalışıb.

Bəhruz Nəzərov həmçinin Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsində mətbuat xidmətinin rəhbəri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru, eyni zamanda “Oil and Industry” jurnalının baş redaktoru olub. Bundan başqa, Naxçıvan Təlim Mərkəzinin İdarə Heyətinin sədr müavini, daha sonra isə İdarə Heyətinin sədri vəzifəsində fəaliyyət göstərib.

Bəhruz Nəzərov 2012-ci ildə “Əməkdar jurnalist” fəxri adına, 2025-ci ildə isə “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalına layiq görülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Iyul 2026