Ankarada Türkiyə Silahlı Qüvvələrinin Birgə Komandanlığının “Ay Ulduz” kompleksi layihəsinin icrası davam edir.
Bakıvaxtı.az xəbər verir ki, birləşmiş qərargah Milli Müdafiə Nazirliyini, Baş qərargahı və qoşun növləri komandanlığını vahid dam altında birləşdirəcək.
“Ay Ulduz” kompleksi sahəsinə görə (12 milyon kvadratmetr, 1680 futbol meydançası ilə müqayisə edilə bilər – red.) Pentaqondan üç dəfə və NATO mənzil-qərargahından dörd dəfə böyük olacaq.
Kompleksin 2028-ci ildə tam istifadəyə verilməsi planlaşdırılır. Tikinti işlərinin yarıdan çoxu tamamlanıb.
Kompleksdə, həmçinin 3200 nəfərlik 5 konfrans zalı yerləşəcək. Kompleksin yaşıl sahəsi 2 milyon kvadratmetr təşkil edəcək ki, bu da Londonun Hayd Parkının ölçüsündən 1,5 dəfə böyükdür.
Bakı 



