• Bakı 30° C

    1.14 m/s

  • USD - 1.7

    EUR - 1.9591

    RUB - 2.0816

Mərakeşə qalib gələn Fransa ilk yarımfinalçı olub - YENİLƏNİB

İDMAN

10 Iyul 2026 | 02:00

Mərakeşə qalib gələn Fransa ilk yarımfinalçı olub - YENİLƏNİB

Futbol üzrə dünya çempionatında Fransa Mərakeşə qalib gəlib.

Bakıvaxt.az-ın məlumatına görə, Boston stadionunda keçirilən 1/4 final mərhələsinin matçında avropalılar 2:0 hesablı qələbə qazanıblar.

"Xoruzlar"ın heyətində Kilian Mbappe (60) və Usman Dembele (66) fərqləniblər.

Mbappe 28-ci dəqiqədə penalti zərbəsindən yararlana bilməyib.

Yarımfinala yüksələn Fransa seçməsi bu raundda İspaniya - Belçika cütünün qalibi ilə üz-üzə gələcək.

 

***01:34

Futbol üzrə dünya çempionatının Fransa - Mərakeş oyununda ikinci qol vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, Boston stadionunda keçirilən 1/4 final mərhələsinin matçında avropalılar hesabdakı üstünlüklərini artırıblar - 2:0.

66-cı dəqiqədə Usman Dembele fərqlənib.

 

***01:28

Futbol üzrə dünya çempionatının Fransa - Mərakeş oyununda ilk qol vurulub.

Bakıvatxı.az-ın məlumatına görə, Boston stadionunda keçirilən 1/4 final mərhələsinin matçında avropalılar hesabı açıblar - 1:0.

60-cı dəqiqədə Kilian Mbappe baxımlı qola imza atıb.

 

***01:12

Futbol üzrə dünya çempionatının Fransa - Mərakeş oyununda ikinci hissə başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Boston stadionunda keçirilən 1/4 final mərhələsinin matçında qapılara qol vurulmayıb - 0:0.

Avropa təmsilçisinin heyətində 28-ci dəqiqədə Kilian Mbappe penalti zərbəsindən yararlana bilməyib.

 

***00:54

Futbol üzrə dünya çempionatının Fransa - Mərakeş oyununda ilk hissə başa çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Boston stadionunda keçirilən 1/4 final mərhələsinin matçında qapılara qol vuurlmayıb - 0:0.

Avropa təmsilçisinin heyətində 28-ci dəqiqədə Kilian Mbappe penalti zərbəsindən yararlana bilməyib.

 

***00:00

Futbol üzrə dünya çempionatının Fransa - Mərakeş oyunu başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, 1/4 final mərhələsinin matçı Boston stadionunda keçirilir.

Qarşılaşmanı argentinalı FIFA referisi Fakundo Telyo idarə edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Avqust 2026