• Bakı 20° C

    3.36 m/s

Litva XİN Azərbaycanı təbrik etdi

SİYASƏT

18 Oktyabr 2026 | 09:15 | Müəllif: Əli Hüseynov

Litva XİN Azərbaycanı təbrik etdi

Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Litvanın Azərbaycandakı səfirliyi sosial şəbəkə hesabında paylaşım edib.

    Bildirilib ki, Litvanın xarici işlər naziri Kestutis Budris azərbaycanlı həmkarı Ceyhun Bayramova ünvanladığı məktubda Azərbaycana davamlı sülh, sabitlik və dayanıqlı rifah arzulayıb.

    Nazir Litvanın Azərbaycanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha təsdiqləyib.

    Kestutis Budris, həmçinin iki ölkə arasında dostluq münasibətlərinin və əməkdaşlığın gücləndirilməsinə hazır olduqlarını ifadə edib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Oktyabr 2026