• Bakı 19° C

    1.37 m/s

Salyanda avtomobil aşıb, 3 nəfər xəsarət alıb

HADİSƏ

18 Oktyabr 2026 | 09:58 | Müəllif: Əli Hüseynov

Salyanda avtomobil aşıb, 3 nəfər xəsarət alıb

Salyanda yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər xəsarət alıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə səhər saatlarında Ələt-Astara magistralının Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Masallı rayon sakini, 1979-cu il təvəllüdlü Nicat Şah Nəcəfovun idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb.

    Nəticədə sürücü, avtomobildə olan sərnişin, Masallı rayon sakini, 1957-ci il təvəllüdlü Əzəmət Əkbərova və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR