Saratovdakı Rusiya neft emalı zavodu bağlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi xəbər yayıb. Məlumata görə, pilotsuz təyyarənin hücumundan sonra gündə təxminən 140 min barel neft hasilatı gücünə malik ərazidə yanğın baş verib. Saratov vilayətinin qubernatoru Roman Bussargin "Telegram"da mülki infrastrukturun zədələndiyini və bir nəfərin öldüyünü etiraf edib.
Qeyd edək ki, bir müddət öncə Rusiyanın ildə 20 milyon tondan çox istehsal gücünə malik ən böyük neft emalı zavodu olan Omsk neft emalı zavodu da Ukrayna hücumundan sonra bağlanıb.
Aydın
Bakı 



