• Bakı 28° C

    3.61 m/s

  • USD - 1.7

    EUR - 1.9426

    RUB - 2.2145

SEPAH-ın bir generalı da ÖLDÜRÜLDÜ

DÜNYA

10 Iyul 2026 | 09:18

SEPAH-ın bir generalı da ÖLDÜRÜLDÜ

Dünən İranın Şiraz şəhərində həyata keçirilən kütləvi raket zərbələri nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli komandanı öldürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın müxalif media resursları məlumat yayıb.
 

Hücumun əsas hədəfi SEPAH-ın Şirazdakı "Sarallah" briqadasının nəzdində fəaliyyət göstərən "Bəsic" xalq könüllüləri dəstəsinin komandanı, briqada generalı İbrahim Mörtəzayi Nəsb olub.


Hadisə axşam saatlarında Şirazın mərkəzi hissəsində, hərbi bazanın yerləşdiyi "Müəllim" dördyolunun yaxınlığında qeydə alınıb.

Məlumata görə, strateji hərbi obyektə iki dalğa halında raket zərbələri endirilib. İlk zərbə saat 18:55-də 4 raketlə həyata keçirilib. Cəmi 10 dəqiqə sonra isə əraziyə daha 3 raket buraxılıb. Hücum zamanı hərbi bazada olan general İbrahim Mörtəzayi Nəsb ağır qəlpə yaraları alıb və onun həyatını xilas etmək mümkün olmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Iyul 2026