• Bakı 28° C

    3.61 m/s

  • USD - 1.7

    EUR - 1.9426

    RUB - 2.2145

İngiltərədə oğlan körpələrə qoyulan ən populyar ad Məhəmməddir

CƏMİYYƏT

10 Iyul 2026 | 08:50

İngiltərədə oğlan körpələrə qoyulan ən populyar ad Məhəmməddir

2025-ci il üçün İngiltərə və Uelsdə ən populyar körpə adları açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Böyük Britaniya Milli Statistika İdarəsinin (ONS) məlumatına görə, 2025-ci ildə 5957 körpə oğlan uşağına Məhəmməd adı verilib ki, bu da əvvəlki illə müqayisədə 4% artım deməkdir.

Məlumatda Məhəmmədin ardıcıl üçüncü ildir ki, İngiltərə və Uelsdə ən populyar ad olduğu vurğulanıb. Oğlan körpələri üçün ən populyar ikinci ad Noah, üçüncü yerdə Leo olub.

Olivia adı 2025-ci ildə qız körpələri üçün ən populyar ad olub və 2386 hal qeydə alınıb ki, bu da bu adın ardıcıl onuncu ili olub.

Lily qız körpələri üçün ikinci ən populyar ad olub, üçüncü yerdə isə Amelia gəlir.

Nərgiz Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Iyul 2026