Şırnakda kəpənəklər xına gecəsi şənliyini pozub.
Bakıvaxtı.az xəbər verir ki, toy məkanının ətrafındakı işıqlandırmaya cəlb olunan minlərlə kəpənək qonaqların ənənəvi türk xalq rəqsi olan halay oynamasına mane olub.
Şırnakın Beytüşşebap rayonunda günlərlə davam edən şiddətli istilər səbəbindən tırtıllar kəpənəklərə çevrilərək küçə işıqlarının ətrafında dolaşıblar. Axşam saatlarında minlərlə kəpənək hər işıqlı yerə hücum edib.
Başaran kəndində xına gecəsi bu səbəbdən yarımçıq dayandırılıb.
Bakı 



