“Artıq Qərbin danışıqlar yolu ilə həll istədiyinə inana bilmərik”.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Mozambikə səfəri zamanı bildirib.
O qeyd edib ki, Qərb Ukraynadakı müharibəyə danışıqlar vasitəsilə həll yolu tələb etməkdə ikiüzlülük nümayiş etdirir:
“Qərb zəmanətləri altında danışıqlar sayəsində həll yolları 2014, 2015 və 2019-cu illərdə əldə edilib. Bütün bu hallarda Qərbin zəmanətləri Qərbin özü tərəfindən pozulub. Bu üzdən artıq Qərbin danışıqlar yolu ilə həll istədiyinə inana bilmərik. Bu xoşməramlı və ümidli ehtiyat tamamilə tükənib”.
Aydın
Bakı 



