• Bakı 24° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.9405

    RUB - 2.2222

ABŞ-də məhkəmə İlon Maskı cərimələdi

DÜNYA

09 Iyul 2026 | 22:19

ABŞ-də məhkəmə İlon Maskı cərimələdi

ABŞ-nin Kolumbiya Dairə Məhkəməsi sahibkar İlon Maskı "Twitter" (hazırda "X) sosial şəbəkəsinin alışı zamanı yol verdiyi pozuntulara görə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) 1.5 milyon dollar məbləğində cərimə ödəməyə məhkum edib.

Bakıvaxtı.az "RIA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə məhkəmənin qərarında bildirilir.

Sənəddə qeyd edilir ki, vəsait 30 gün müddətində köçürülməlidir. Pul daxil olduqdan sonra komissiya onu ABŞ Maliyyə Nazirliyinin hesabına keçirəcək.

Xatırladaq ki, 2025-ci ilin yanvarında SEC Maska qarşı məhkəmə iddiası qaldıraraq, onun 2022-ci ilin martında "Twitter"in tədavüldə olan səhmlərinin 5%-dən çoxunu əldə etməsi faktını açıqlayan benefisiar mülkiyyət məlumatlarını tənzimləyiciyə təqdim etmədiyini və bununla da qiymətli kağızlar haqqında federal qanunları pozduğunu bildirmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR