• Bakı 28° C

    3.61 m/s

  • USD - 1.7

    EUR - 1.9426

    RUB - 2.2145

Türkiyə Rusiyadan aldığı S-400-ləri başqasına satdı

DÜNYA

10 Iyul 2026 | 10:58

Türkiyə Rusiyadan aldığı S-400-ləri başqasına satdı

Türkiyə Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini Körfəz ölkələrindən birinə satıb.

Bakıvaxtı.az xəbər verir ki, "Hürriyet"in yazdığına görə, sövdələşmə bu gün yekunlaşdırılmalı və rəsmi şəkildə elan olunmalıdır.

Mənbələrin bildirdiyinə əsasən, S-400 sistemləri ya Birləşmiş Ərəb Əmirliklərinə, ya da Qətərə göndəriləcək.

Məqalədə qeyd olunur ki, ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi CAATSA sanksiyalarının ləğvi ilə bağlı Donald Trampın son açıqlamaları S-400-lərin taleyi məsələsini yenidən gündəmə gətirib. Xatırladılır ki, həmin sanksiyalar Ankara Rusiyadan S-400 sistemlərini aldıqdan sonra tətbiq edilmişdi.

"Hürriyet"in məlumatına görə, uzun müddətdir S-400 sistemlərinin istifadəyə verilib-verilmədiyi və ya anbarlarda saxlanıldığı barədə dəqiq məlumat olmayıb. Nəşrin əldə etdiyi məlumata əsasən, komplekslər üçüncü ölkəyə satılıb və son texniki detallar artıq razılaşdırılıb.

Qəzet yazır ki, İran-İsrail qarşıdurmasından sonra Körfəz ölkələri hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün alternativ sistemlər axtarmağa başlayıblar. Nəşrin qiymətləndirməsinə görə, Türkiyə S-400-ləri satmaqla həm CAATSA sanksiyalarından qurtula, həm də bu satışdan gəlir əldə edə bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Iyul 2026